Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - FOTO
Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.
Xarici işlər nazirləri MDB dövlət başçılarının qarşıdan gələn Zirvə Toplantısının gündəliyinə baxılıb, açıq dialoq platforması kimi mühüm beynəlxalq və regional problemlər, o cümlədən MDB çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.









