“EFES - 2026” təlimində axtarış və dağçılıq hazırlığı məşqləri keçirilib
Türkiyə Respublikasında Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən “EFES – 2026” çoxmillətli birgə müştərək təlimi uğurla davam edir.
“TV1” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Təlimin növbəti mərhələsinin planına uyğun olaraq Azərbaycan, Türkiyə, Albaniya, Niger, Nigeriya və Rumıniya nümayəndələri mağara, sığınacaq və tunellərdə axtarış, eləcə də dağçılıq hazırlığı üzrə məşqlər keçiblər.
Qeyd edilib ki, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə hərbçilərimiz tapşırıqların icrası zamanı yüksək təcrübə nümayiş etdiriblər.








