Əfv Komissiyasının növbəti iclası keçirilib - 100-dən çox müraciətə baxılıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu il üçün 3-cü iclası keçirilib, iclasda 100-dən artıq müraciətə baxılıb.
“TV1” xəbər verir ki, bunu Komissiyanın üzvü Rəşad Məcid deyib.
O bildirib ki, iclasda hər bir müraciət müzakirə olunaraq səsvermə nəticəsində qərarlar qəbul olunub.
“Komissiya növbəti həftələrdə işini davam etdirəcək”, – deyə o əlavə edib.