Əfv komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 200-ü keçib
Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ikinci iclası keçirilib.
“TV1” xəbər verir ki, bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
Rəşad Məcid qeyd edib ki, iclası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:
“İclasda 100-dən çox müraciətə baxılıb. Bu müraciətlərə əsasən qəsdən öldürməyə cəhd, sağlamlığa ağır zərərvurma, adam oğurluğuna cəhd, oğurluq və quldurluqla bağlı cinayətlərdə məhkum olunmuş müraciətlər müzakirəyə çıxarılıb. Hər bir müraciət diqqətlə araşdırılıb. Səsvermə ilə qərarlar verilib. Komissiyanın növbəti iclası gələn həftə davam edəcək”.
Komissiya üzvü qeyd edib ki, əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir, humanizm və mərhəmət aktıdır:
“Komissiya iclaslarını yekunlaşdırandan sonra müsbət rəy verilmiş sənədlər toplanaraq cənab Prezidentə təqdim olunacaq. Yəqin ki, yaxın aylarda biz Prezident tərəfindən növbəti əfv sərəncamının imzalmasının şahidi olacağıq”.
Qeyd edək ki, ötən iclas da 100-dən çox müraciətə baxılıb.