Əli Əsədov: Türkmənistanın Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü yüksək qiymətləndiririk

media-ads_728_90

Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir.

“TV1” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Aşğabadda Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən “Beynəlxalq sülh və təhlükəsizlik” forumunda çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, Universitetin işində fəal iştirak etməyə hazırdır:

“Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləyib və “Beynəlxalq sülh və etimad ili – 2025″ qətnaməsinə həmmüəllif qismində qoşulub. Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi qiymətləndiririk”.

media-ads_728_90
Paylaş