Ərdoğan Bəşər Əsədlə nə zaman görüşəcək?
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında görüşün avqust ayında baş tutacağı bildirilir.
“TV1” xəbər verir ki, “Hürriyet” qəzetinin məlumatına görə, görüş Moskvada, Bağdadda və ya Suriya-Türkiyə sərhədindəki keçid məntəqəsində baş tuta bilər.
Rusiya və İraq Ərdoğanla Əsəd arasında görüş təşkil etmək üçün “təşəbbüs” göstərir.