Ərdoğan təyyarəsini niyə Zelenskiyə verib? – Dünyanın danışdığı VİDEO
Ötən gün Suriyanın paytaxtı Dəməqşə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski oraya Türkiyə prezidentinin təyyarəsi ilə gedib.
“TV1” xəbər verir ki, səfər barədə Ukrayna Prezidenti V.Zelenski “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da ərəb ölkəsinə gəlib. Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əl-Şaraa ilə birgə görüşün keçirilməsinin planlaşdırıldığı bildirilir.
V.Zelenskinin Dəməşq səfərini əks etdirən görüntülərdə Ukrayna prezidentinin endiyi təyyarənin üzərində “Türkiyə Cümhuriyyəti” yazısı diqqət çəkib.
Türkiyə mediası Ukrayna prezidentini daşıyan təyyarənin Türkiyənin hökumət təyyarəsi olduğunu təsdiqləyib.
Today in Damascus. We continue our active Ukrainian diplomacy aimed at real security and economic cooperation. Important meetings lie ahead – several substantive formats have been prepared. Every nation and every region deserves a peaceful life. pic.twitter.com/2uMYI7PeGA
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) April 5, 2026








