Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır
“”3+3″ platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək”.
“TV1” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, əvvəlki üç görüş Moskva, Tehran və İstanbul şəhərlərində keçirilib.








