Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması sülhün təmininə imkan yaradacaq - Nazir
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan Konstitusiyasında təsbit olunan ərazi iddialarının çıxarılmasını birdəfəlik sülhün təmin olunmasına imkan yaradacağını bəyan edib.
“TV1” xəbər verir ki, nazir bunu ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.
“Ermənistan Konstitusiyasında hələ də qalan ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq”, – deyə C.Bayramov deyib.








