Ermənistan və Türkiyə aviareyslərin sayının artırılması barədə RAZILIĞA GƏLDİ

media-ads_728_90

Ermənistan və Türkiyə aviareyslərin sayının artırılması barədə razılığa gəlib.

“TV1” xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda keçirilən “Orbeli Forumu 2025: sülh və çoxtərəfli əməkdaşlığın qurulması” adlı tədbirdə bildirib.

O bildirib ki, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdəki “Şirak” hava limanı da prosesə qoşulacaq:

“Türkiyə ilə çox intensiv dialoqumuz var və tədricən konkret nəticələrə gələ bilərik”.

media-ads_728_90
Paylaş