media-1200x100

Ermənistana qalib gələn millimiz YARIMFİNALDA

media-ads_728_90

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın Elbasan şəhərində keçirilən Avropa çempionatının C divizionunda Ermənistanı məğlub edərək qrup lideri kimi yarımfinala yüksəlib.

“TV1”  xəbər verir ki, millimiz B qrupundakı son matçında rəqibinə 76:69 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yığmamızın qrupda ilk rəqibi Moldova olub. Anar Sarıyevin yetirmələri bu görüşdə 87:76 hesablı qələbəyə seviniblər.

media-ads_728_90
Paylaş