Ersin Tatar: Azərbaycan beynəlxalq diplomatiya arenasında güclü bir dövlətdir - ÖZƏL

media-ads_728_90

“Azərbaycan təkcə bölgədə deyil, dünyada da söz sahibidir. Bu güc Türk Dünyasının ortaq gələcəyi üçün mühüm dayaqlardan biridir.”

Bu sözləri “TV1”-ə özəl açıqlamasında Qəbələdə ötən gün keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər etmiş Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar deyib.

O qeyd edib ki, Zəngəzur Dəhlizi Kipr türkləri üçün yeni imkanlar açacaq:

“Zəngəzur Dəhlizinin açılması Kipr türklərinə yeni iqtisadi fürsətlər yaradacaq. Bu dəhliz yalnız regional ticarəti deyil, Türk Dünyasının inteqrasiyasını da təmin edəcək. Şimali Kipr Türk Cümhuriyyəti olaraq biz də bu şəbəkənin təbii bir hissəsi olacağıq.”

Prezident E.Tatar daha sonra vurğulayıb ki, dəhlizin açılması ilə ticarət, nəqliyyat və enerji sahələrində yeni əməkdaşlıqlar mümkün olacaq.

Serdar Şengül, Mətanət Əliyeva – QƏBƏLƏ 

media-ads_728_90
Paylaş