Ersin Tatar Azərbaycana gəlir - ÖZƏL

media-ads_728_90

“Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycana gələcək”.

Bu barədə “TV1” -ə özəl açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner deyib.

ŞKTC Prezidenti Ersin Tatar 6-7 oktyabr tarixlərində Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi Zirvə Toplantısında iştirak edəcək.

Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun da iştirakı gözlənilir.

Xatırladaq ki, 6-7 oktyabr tarixlərində Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi Zirvə Toplantısı keçiriləcək. Tədbir regional sülh və təhlükəsizliyə həsr olunub.

media-ufuk-turqaner
media-ads_728_90
Paylaş