Estoniyanın keçmiş Baş naziri Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək
Estoniyanın keçmiş Baş naziri Kaya Kallas noyabrın 1-dən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinin icrasına başlayacaq.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen açıqlama verib.
O, daha sonra əlavə edib ki, İspaniya Baş nazirinin müavini, ekoloji keçid və demoqrafik çağırış naziri Tereza Ribera həmin tarixdən Avropa Komissiyasının vitse-prezidenti postuna gətiriləcək.