Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
Azərbaycanın qadın boksçusu Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, 66 kiloqramda mübarizə aparan idmançı yarımfinalda rusiyalı İustina Anufriyevaya ilə qarşılaşıb.
Görüş təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.








