Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - VİDEO
Ceyranbatanda onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bina sakinləri təxliyə olunub, xəsarət alan olmayıb.








