‘’Fənərbaxça’’ da Tedesko dövrü başa çatıb

media-ads_728_90

‘’Fənərbaxça’’ baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.

 ‘’TV1’’  xəbər verir ki, klub bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat verib.

Tedesko ilə yanaşı, klubun idman direktoru Devin Özek və  futbol koordinatoru  Berke Çələbi ilə də yollar ayrılıb.

Qeyd edək ki, 40 yaşlı mütəxəssis ‘’Fənərbaxça’’ ilə Türkiyə Super kubokunun qalibi olub.

media-ads_728_90
Paylaş