Filippində bərədə baş verən yanğında beş nəfər ölüb
Filippinin Palavan əyalətində “MV June Aster” bərəsinin göyərtəsində baş vermiş yanğın nəticəsində beş nəfər həlak olub.
“TV1” xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsinin məlumatında deyilir.
Yanğın sentyabrın 9-da axşam saatlarında baş verib. Qurumun məlumatına görə, 42 nəfər xilas edilib, beş nəfər həlak olub.
“GMA News” telekanalının məlumatına görə, bərənin göyərtəsində 117 sərnişin və 17 heyət üzvü olub.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Yanğının səbəbləri müəyyənləşdirilir.








