Fiqurlu konkisürmə üzrə İkiqat Olimpiya çempionunun oğlu Azərbaycanı təmsil edəcək
Fiqurlu konkisürmə üzrə İkiqat Olimpiya çempionu Yevgeni Plyuşenko və prodüser Yana Rudkovskayanın oğlu, 13 yaşlı Aleksandr Plyuşenko fiqurlu konkisürmə üzrə Azərbaycan yığmasının heyətində yarışacaq.
“TV1” TASS-a istinadən xəbər verir ki, mayın 21-də Rusiyanın Fiqurlu Konkisürmə Federasiyası (FFKKR) idmançını sərbəst buraxıb.
Beynəlxalq Konkisürmə İttifaqından (ISU) xüsusi sənəd aldıqdan sonra o, növbəti mövsümdən Azərbaycanı təmsil edə biləcək.








