Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb
Cari il avqustun 1-nə fiziki şəxslərin banklardakı əmanətlərinin məbləği 17 milyard 896,7 milyon manat təşkil edib.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, əmanətlər ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artıb.








