Flaminqo” raketi necə yaradılıb? - Ştillerman AÇIQLAYIB/VİDEO

media-ads_728_90

Ballistik və qanadlı raketlərin, eləcə də uzaqmənzilli hücum dronlarının dizaynı, inkişafı və istehsalı üzrə ixtisaslaşan Ukraynanın “Fire Point” şirkətinin baş konstruktoru və həmtəsisçisi Denis Ştillerman “Flaminqo” raketinin yaradılması və xarakteristikası haqqında açıqlamalar verib.

“TV1” xəbər verir ki, o, bu barədə Ukraynanın tanınmış teleaparıcısı Dmitri Qordona müsahibəsində danışıb.

O, uzaqmənzilli raket haqqında bir sıra detalları aşıqlayıb:

“Raketin qiyməti 600.000 dollardır. “Flaminqo” raketi yüksək dəqiqlikli zərbə endirmə qabiliyyətinə malikdir və əsasən strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Onun yüksək sürəti və manevr qabiliyyəti, müasir hava hücumundan müdafiə sistemlərindən yayınmağa imkan verir”.

Ştillerman həmçinin, “Flamingo” üzaqmənzilli raketin xarakteristikası haqqında deyib:

Operativ mənzil: 3.000 kilometrə qədər
Uçuş hündürlüyü: 5 kilometrə qədər
Yük qabiliyyəti: 1150 kiloqrama qədər
Maksimum uçuş müddəti: 4 saat
Maksimum sürət: 950 km/s
Kreyser sürəti: 720 km/s

media-ads_728_90
Paylaş