media-1200x100

G20 ölkələrinin yekun sənədində COP 29-a dəstək ifadə olunub

media-ads_728_90

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 ölkələri sammitinin yekun Bəyannaməsinin iqlim bölməsində Azərbaycanın COP 29-da Sədrliyinə dəstək ifadə olunub.

“TV1” xəbər verir ki, bu barədə AZƏRTAC BMT-nin saytına istinadən xəbər verir.

Sənəddə deyilir:

“Biz uğurlu Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) nəticəsini gözləyirik. Eyni zamanda, Azərbaycanın COP29-da Sədrliyinə dəstəyimizi vəd edirik və Bakıda danışıqların uğur qazanacağını öhdəmizə götürürük. Biz, həmçinin 2025-ci ildə Braziliyanın COP30-da Sədrliyinə də dəstəyi öhdəmizə götürürük.

Bəyannamədə təmiz, dayanıqlı, ədalətli, əlverişli və inklüziv enerjinin sürətləndirilməsinə dair öhdəlik də götürülüb. Bununla yanaşı, iqlim maliyyəsinin artırılması məqsədilə ayrılacaq vəsaitin məbləğinin “milyardlarla dollardan trilyona çatdırmaq” üçün bütün mənbələrin səfərbər edilməsinin vacibliyi vurğulanıb.

media-g20-2

media-ads_728_90
Paylaş