Gəncə-Bakı yolu bağlanıb - SƏBƏB
Gəncədə sel ciddi fəsadlar törədib.
“TV1” xəbər verir ki, şəhərin çıxışında Gəncə Bakı yolunun Nizami məqbərəsində körpünün altına sel suları dolub.
Bu da Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaradıb.
Sürücülər alternativ yoldan istifadə edirlər.
Qeyd edək ki, rayonlarda yağışlı hava davam edir.