Güclü yağışlar Dərbənddə faciəyə səbəb olub - VİDEO
Dağıstanda martın sonundan başlayan güclü yağışlar Dərbənd rayonunda dəhşətli faciəyə səbəb olub.
“TV1” xəbər verir ki, aprelin 6-da Gecux su anbarının bəndinin partlaması nəticəsində Məmmədqala qəsəbəsini və ətraf kəndləri güclü sel suları basıb.
Təbii fəlakət nəticəsində Məmmədqala və Gecux qəsəbələri arasındakı yolda hərəkət edən avtomobillər güclü axına tab gətirməyərək çaya yuvarlanıb. Hadisə yerindən gələn son məlumatlara görə, sel sularına qərq olan 7 nəfər xilas edilsə də, onlardan ikisi – bir qadın və bir uşaq xəstəxanada dünyasını dəyişib. Həkimlərin bütün səylərinə baxmayaraq, uzun müddət soyuq suda qalan yaralıların həyatını xilas etmək mümkün olmayıb.
Bəndin dağılması ilə əlaqədar 6 kənddən 4165 nəfərin, o cümlədən 823 uşağın təxliyə edildiyini açıqlayıb.
Məmmədqala qəsəbəsində və Çinar kəndində 4 müvəqqəti sığınacaq mərkəzi yaradılıb.








