Gürcüstan Patriarxı II İlya vəfat edib
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 93 yaşında vəfat edib.
“TV1” xəbər verir ki, Patriarx səhhətinin pisləşməsi səbəbindən gecə xəstəxanaya yerləşdirilib.
O, son saatlarını Qafqaz Tibb Mərkəzinin reanimasiya şöbəsində keçirib.
Qeyd edək ki, II İlya 1977-ci ildən bəri 48 ildən çox Gürcüstan Patriarxı vəzifəsində çalışıb. Bu, Gürcüstan Pravoslav Kilsəsinin tarixində ən uzun patriarxlıqdır.








