Gürcüstan və Azərbaycan faciənin ilk anlarından etibarən bütün imkanlarını səfərbər etdi - Ərdoğan

media-ads_728_90

“Türkiyənin hüdudlarından çox-çox uzaqlarda böyüklüyü, nüfuzu var”.

“TV1” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

“Azərbaycan-Gürcüstan sərhədi yaxınlığında hərbi yük təyyarəmiz qəzaya uğradıqdan sonra bunun bir daha şahidi olduq. Dünyanın hər yerindən, xüsusən də qardaş ölkələrimizdən başsağlığı və həmrəylik mesajları aldıq.

Xüsusilə Gürcüstan və Azərbaycan hadisə baş verən ilk gündən bütün imkanlarını səfərbər edərək, axtarış-xilasetmə qruplarının çatdırılması, qalıqların araşdırılması və hadisə yerinin təhlükəsizliyinin təmin edilməsində hərtərəfli əməkdaşlıq ediblər”, – deyə o əlavə edib.

O bildirib ki, qəza və dağıntı qrupunun topladığı məlumatlar, qara qutunun araşdırılması nəticəsində 20 nəfərin həyatına son qoyan bu faciəvi hadisənin başvermə səbəbi aydın bilinəcək:

“Bu məlumatları ictimaiyyətlə, xüsusən də şəhid ailələri ilə şəffaf şəkildə paylaşacağıq”.

media-ads_728_90
Paylaş