media-1200x100

Gürcüstanda siyasi partiya fəalları arasında mübahisə ölümlə nəticələnib

media-ads_728_90

Gürcüstanın qərbində, İmereti rayonunun Qequti kəndində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ilə əsas müxalifət partiyası hesab olunan “Vahid Milli Hərəkat”ın fəalları arasında baş vermiş mübahisə ölümlə nəticələnib.

“TV1” xəbər verir ki, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçicilərlə görüş zamanı müxalifət partiyasının fəalı Roland Nutsubidze “Gürcü arzusu”nun Qequtidəki qərargahına soxularaq orada qərargah üzvlərini təhqir edib, dava salıb.

Mübahisə zamanı hakim partiyanın üzvü Ermil Qiqiadzenin səhhəti pisləşib və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş