media-1200x100

Harris seçki kampaniyasına TikTok-da davam edir

media-ads_728_90

ABŞ-da prezidentliyə namizəd olan hazırki vitse-prezident Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb.

“TV1” xəbər verir ki, TikTok-a yeni qoşulan Harrisin artıq 3.2 milyondan çox izləyicisi var.

Demokratların namizədi olan vitse-prezident Kamala Harris prezident seçkiləri kampaniyasında TikTok sosial media platformasından istifadə etməyə başlayıb.

Amerikanın CNBC kanalının saytında yer alan xəbərə görə, Harris TikTok hesabında “@kamalaharris” adlı video yayımlayıb.

Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyası üçün TikTok-da paylaşdığı videoda Harris, “Bu yaxınlarda eşitdim ki, videolarım TikTok-a yerləşdirilib. Ona görə də platformaya şəxsən qoşulmaq istədim”, – deyə bildirib.

media-ads_728_90
Paylaş