Harris Trampla debata qapalı mikrofon qaydası ilə razılaşıb
ABŞ-nin vitse-prezidenti Kamala Harris rəqibi Donald Trampla qarşıdan gələn debatın qaydaları ilə razılaşıb.
“TV1” xəbər verir ki, bu barədə “BBC“ məlumat yayıb.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Kamala Harris bildirmişdi ki, rəqibi Donald Trampla debatlar zamanı mikrofonlar daima açıq olmalıdır.
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında debat sentyabrın 10-da keçiriləcək.