Hikmət Hacıyev Britaniyanın Azərbaycan üzrə ticarət elçisi İlə görüşüb
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdaysla görüşüb.
“TV1” xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X”də bildirib.
Prezidentin köməkçisi Lord Con Alderdaysla görüşdən məmnunluğunu ifadə edib.
Hikmət Hacıyev qeyd edib ki, strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya münasibətlərini daha da genişləndirmək, eləcə də süni intellekt, rəqəmsal transformasiya və əlaqəlilik sahəsindəki imkanlardan necə yararlanmaq barədə fikir mübadiləsi aparılıb.
Glad to meet today Lord Alderdice @AlderdiceLord, UK trade envoy on Azerbaijan and Central Asia. We had a great conversation on how we can further extend our bilateral trade, business and investment relations in the spirit of strategic partnership as well as seize the… pic.twitter.com/IAIfEcLiwL
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 6, 2025








