Hikmət Hacıyev Mixail Qaluzinlə regional və beynəlxalq məsələləri müzakirə edib

media-ads_728_90

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

“TV1” xəbər verir ki, bu barədə H.Hacıyev “X” səhifəsində paylaşım edib.

Görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

media-ads_728_90
Paylaş