Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Husyevlə görüşüb.
“TV1” xəbər verir ki, bu barədə Ukrayna səfiri “X” hesabında bildirib.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. 2025-ci ilin nəticələrini və 2026-cı ildə strateji tərəfdaşlığımızı gücləndirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq”, – Ukrayna səfiri qeyd edib.
Productive meeting with @HikmetHajiyev , Assistant to the President of Azerbaijan. Discussed 2025 outcomes and steps to further strengthen our strategic partnership in 2026. Grateful for Azerbaijan’s continued support for Ukraine. pic.twitter.com/bggTaHsFJO
— Yuriy Husyev (@Husyev) January 14, 2026








