Hörmüz boğazından keçən yük gəmisinə atəş açılıb

media-ads_728_90

ABŞ-ın İran limanlarına qarşı blokadasının davam etdiyi vaxtda bu gün İrandan yola düşən yük gəmisinə atəş açılıb, gəmi hərəkətini dayandırıb.

“TV1” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyini – UKMTO məlumat yayıb.

“Heyət üzvlərindən xəsarət alan yoxdur. Gəmidə hər hansı zərərin olduğu barədə məlumat yoxdur”, — məlumatda bildirilib.

Agentlikdən qeyd ediblər ki, insident İran sahillərindən təxminən 8 dəniz mili məsafədə baş verib.

Dünəndən etibarən Hörmüz boğazında daha üç gəminin atəşə tutulduğu bildirilir.

media-ads_728_90
Paylaş