İcbari tibbi sığorta fondunun büdcəsinin gəlir və xərcləri artırılıb
İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinə dəyişiklik edilib.
“TV1” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri 2 811 428 292 manatdan 2 850 308 292 manata qaldırılıb.