İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib
Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşüb.
“TV1” xəbər verir ki, görüş bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, Prezident İlham Əliyev Sammitdə bir sıra ölkələrdən olan həmkarları ilə də analoji görüşlər keçirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.