İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO 

media-ads_728_90

Xəbər verdiyimiz kimi, Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində Azərbaycan və ABŞ prezidentləri İlham Əliyevlə Donald Tramp arasında görüş baş tutub.

“TV1” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

ABŞ lideri Prezident İlham Əliyevi salamlayarkən onun ünvanına xoş sözlər səsləndirib.

İ.Əliyevin sülhsevər olduğunu diqqətə çatdıran D.Tramp deyib: “Onunla düşmən olmaq istəməzsiniz”.

Qeyd edək ki, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib.

media-ads_728_90
Paylaş