İlham Əliyevlə danışıqların nəticələrindən məmnunam - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslardan və danışıqların nəticələrindən məmnun olduğunu bildirib.
“TV1” TASS-a istinadən xəbər verir ki, N.Paşinyan bu barədə hökumətin iclasından sonra brifinqdə açıqlamasında bildirib.
“Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Eyni zamanda, sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Əziz həmkarlar, sülh faktdır”, – deyə N.Paşinyan qeyd edib.
Xatırladaq ki, oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilmişdi.