media-1200x100

İlon Mask Kamala Harrisə qarşı ÇIXDI

media-ads_728_90

Amerikalı milyarder İlon Mask ABŞ-nin vitse-prezidenti Kamala Harrisi sərt tənqid edib.

“TV1” xəbər verir ki, bu barədə İlon Mask “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Milyarder Harrisin 2023-cü ilin sentyabrında verdiyi açıqlamanı şərh edərkən vurğulayıb ki, vitse-prezidentin fəlsəfəsi bütün bəşəriyyətin yox olmasını nəzərdə tutur.

“Onun fəlsəfəsinin təbii davamı bütün bəşəriyyətin faktiki Holokostu olardı”, – deyə millyarder əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Harris deyib ki, gənc nəsillər iqlim dəyişikliyindən narahatdırlar və bu, onları gələcəkləri baxımından qorxuya salır. “Bu, gələcək, qeyri-müəyyənlik qarşısında qorxudur. Bu, uşaq sahibi olmaq və ya ev əldə etmək barədə düşünməyin mənasının olub-olmaması məsələsidir”, – K.Harris deyib.

media-ads_728_90
Paylaş