İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən yanğın nəticəsində 11 nəfər ölüb.
“TV1” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 6-sı uşaqdır.
Gecə yarısından sonra başlayan yanğın yaxınlıqdakı ticarət obyektlərinə yayılıb, 40-a yaxın tikili məhv olub.
Yanğın yerli vaxtla saat 03:30 radələrində nəzarət altına alınıb.
Hadisənin səbəbi araşdırılır.








