media-1200x100

İqlim dəyişikliyi ölkəmizin su ehtiyatlarının 15 faiz azalmasına səbəb olub

media-ads_728_90

Son illər iqlim dəyişiklikləri kənd təsərrüfatı sahəsinə ciddi təsir göstərir.

“TV1” xəbər verir ki, bunu “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, iqlim dəyişikliyi ölkəmizin su ehtiyatlarının 15 faiz azalmasına səbəb olub.

“Təəssüf ki, növbəti illərdə də suyun azalacağı gözlənilir. Bunun qarşısının alınması üçün bir sıra tədbirlər həyata keçirilir”,- deyə nazir müavini qeyd edib.

media-ads_728_90
Paylaş