İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq

media-ads_728_90

İran Hörmüz boğazında təhlükəsizlik problemlərinin ölkənin hərəkətləri ilə deyil, Yaxın Şərqdə ümumi gərginliklə bağlı olduğunu bəyan edib.

“TV1” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi NDTV telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bütün regiona yayılan qeyri-sabitlik Hörmüz boğazına qədər uzanır və bu, İranın günahı deyil: “İrana qarşı hərbi əməliyyatlarda iştirak edən ölkələrin gəmiləri neytral hesab oluna bilməz. Biz açıq şəkildə bildirmişik ki, beynəlxalq hüquqa əsasən, təcavüzkar ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilməz, çünki onların keçidi artıq dinc xarakter daşımır”.

İ.Bəqayi deyib ki, İrana qarşı hərbi əməliyyatları dəstəkləyən gəmilərin boğazdan keçməsinə icazə verilməyəcək.

media-ads_728_90
Paylaş