İran tərəfi Naxçıvana hücumun araşdırılacağı ilə bağlı vəd verib - Ceyhun Bayramov

media-ads_728_90

Dünən İran xarici işlər naziri ilə bir neçə əlaqəm oldu. Bu məsələ bütün ciddiliyi ilə müzakirə edildi.

“TV1” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoi ilə Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

“İran tərəfi məsələnin ciddi şəkildə araşdırılması ilə bağlı vəd verdi. Biz bu araşdırmanın nəticələrini gözləyəcəyik”, – deyə nazir bildirib.

Ceyhun Bayramov moldovalı həmkarına hücum barədə məlumat verdiyini qeyd edib:

“Bu qəbuledilməz hücumla bağlı həmkarıma məlumat verdim. Cənab nazir bununla bağlı öz qiymətləndirmələrini bildirdi. Azərbaycan dövlətinin mövqeyi də dünən açıq şəkildə İran səfirinə çatdırıldı”.

media-ads_728_90
Paylaş