İran və Ermənistan silah tədarükü üzrə 500 milyon dollarlıq gizli müqavilə imzalayıb
İran və Ermənistan silah tədarükü üzrə 500 milyon dollarlıq gizli razılaşma imzalayıblar.
“TV1” xəbər verir ki, trend.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, razılaşma bir neçə müqaviləyə bölünüb və son aylarda imzalanıb.
Razılaşmaya əsasən, İran Ermənistana “Şahed 136”, “Şahed 129”, “Şahed 197” dronları, eləcə də “3-cü Xordad”, Məcid”, “15-ci Xordad” və “Arman” kimi hava hücumundan müdafiə sistemləri tədarük edəcək.