İranda dəmir yolu körpüsü vuruldu, ölənlər var - VİDEO

media-ads_728_90

İsrail İran vətəndaşlarını bir neçə saat ərzində qatarlardan istifadə etməməyə çağırıb.

“TV1” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” sosial şəbəkəsində farsdilli hesabında təcili xəbərdarlıq paylaşılıb.

“Təhlükəsizliyiniz naminə, bu andan etibarən yerli vaxtla saat 21:00-a qədər İranın hər yerində qatarla səfərlərdən və səyahətdən çəkinməyi xahiş edirik. Qatarlarda və ya dəmir yollarının yaxınlığında olmaq həyatınız üçün təhlükəlidir”, – deyə paylaşımda bildirilir.

Bəyanatda xəbərdarlığın təfərrüatı açıqlanmasa da, bunun mümkün hücumlarla bağlı olduğu güman edilir.

Qeyd edək ki, İranın Kaşan şəhərində dəmir yolu körpüsünə zərbələr endirilib.

ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb. Eyni zamanda, Qum ostanında yerləşən körpülərdən birinin də ABŞ və İsrailin hücumuna məruz qaldığı bildirilir.

media-ads_728_90
Paylaş