İranda genişmiqyaslı təlimlər başlayıb

media-ads_728_90

İranın paytaxtı Tehran başda olmaqla ölkənin bütün ərazilərində sentyabrın 18-də genişmiqyaslı fədakarlıq təlimləri başlayıb.

“TV1” xəbər verir ki, bu barədə “Tasnim” İnformasiya Agentliyi məlumat yayıb.

Tədbirdə döyüş taborlarının və əhalinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edir.

Bildirilib ki, aksiya 313 000 nəfərin iştirakı ilə Tehranda keçirilən paradla başlayıb.

İnformasiyaya əsasən, mərasimdə İran istehsalı olan bir sıra pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib, eləcə də ölkənin bu sahədəki texniki imkanları göstərilib.

Tehran böyük şəhər bələdiyyəsi üzrə bu təlimlərə qatılmaq üçün təxminən 500 000 nəfər qeydiyyatdan keçib.

media-ads_728_90
Paylaş