İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

media-ads_728_90

Sentyabr ayının 11-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

“TV1” xəbər verir ki, bu barədə  Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İran İslam Respublikasından Azərbaycan Respublikasına paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

media-ads_728_90
Paylaş