İranla müharibə prezidentlik müddətimin sonuna qədər davam etməyəcək - Tramp

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin onun prezidentlik müddətinin sonuna qədər davam edəcəyini düşünmür.

“TV1” xəbər verir ki, jurnalistlərin münaqişənin onun ikinci prezidentlik müddəti ərzində davam edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Tramp “Xeyr, bunun ehtimalı yoxdur”, – deyə bildirib.

ABŞ Prezidenti “The Wall Street Journal” qəzetinin münaqişənin uzana biləcəyi barədə məlumatını da təkzib edib.

Tramp sentyabrın 10-da İranla müharibənin noyabrda keçiriləcək Konqres seçkilərindən əvvəl və ya dərhal sonra başa çatacağına əmin olduğunu bildirib.

media-ads_728_90
Paylaş