İsrail 50-yə yaxın HAMAS üzvünü həbs edib
İordan çayının qərb sahilində 50 nəfərə yaxın HAMAS üzvü İsrailin daxili təhlükəsizlik xidməti (Şin Bet) tərəfindən həbs olunub.
“TV1” “The Times of Israel”ə istinadən xəbər verir ki, saxlanılan şəxslərin silahlı hücumlar planlaşdırdıqları bildirilib.
HAMAS üzvləri İsrail ordusu və Şin Bet tərəfindən son həftələr ərzində aparılan 15 əməliyyat nəticəsində saxlanılıb.
HAMAS üzvlərində odlu silahlar aşkar olunaraq müsadirə edilib.
“Terror şəbəkələrindən biri yaxın zamandan hücumlar həyata keçirmək üçün yüksək səviyyəli hazırlıq səviyyəsində idi”, – Şin Betin məlumatında qeyd olunub.
Qeyd edək ki, İsrail və HAMAS arasında əldə olunan atəşkəs rejimi hələlik qüvvədədir.







