İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır – Gideon Saar

media-ads_728_90

İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır və eyni zamanda öz bilik və təcrübəsini bölüşməyə hazırdır.

“TV1” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, İsrail Azərbaycanla iqtisadi münasibətləri yeni səviyyəyə çıxarmaq niyyətindədir.

“Bu səbəbdən mən Bakıya su təchizatı, kibertəhlükəsizlik, səhiyyə, ərzaq, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən İsrailin iqtisadi təşkilat və şirkətlərini təmsil edən 40-dan çox nümayəndədən ibarət yüksək səviyyəli nümayəndə heyəti ilə gəlmişəm”, – deyə G.Saar qeyd edib.

media-ads_728_90
Paylaş