media-1200x100

İsrail əsgərləri türkiyəli jurnalistlərə hücum edib

media-ads_728_90

İsrail qüvvələri TRT Xəbər komandasına hücum edib.

“TV1” Türkiyə mətbuatına istinadən xəbər verir ki, TRT Xəbər qrupu işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsada cümə namazından əvvəl İsrail qüvvələrinin pozuntularını lentə alıb.

Bildirilir ki, İsrail qüvvələri əvvəlcə Əqsa qapısında fələstinlilərə hücum edib. Daha sonra hücumu lentə alan TRT Xəbər komandasını hədəfə alıb.

Hücum zamanı kameraman Ömər Avvad yaralanıb.

Həmçinin vurğulanır ki, İsrail qüvvələri müdaxilə zamanı jurnalist olduqlarını bildirən TRT Xəbər müxbiri Mücahit Aydemirin telefonunu zorla ələ keçirib və telefondakı görüntüləri silib.

Daha sonra İsrail qüvvələri TRT News komandasını ərazidən uzaqlaşdırıb və yayıma icazə verməyib.

media-ads_728_90
Paylaş